SON XƏBƏRLƏR

Sayinqalada Aşiq heykəlinin ətrafındakı bannerlər əhalinin geniş etirazları səbəbindən sökülüb

2025.12.05, 13:19
Sayinqalada Aşiq heykəlinin ətrafındakı bannerlər əhalinin geniş etirazları səbəbindən sökülüb

Azərbaycanlıların və medianın geniş etirazları nəticəsində Sayinqalada Dəmir Aşiq heykəlinin ətrafındakı bannerlər sökülüb.

Gunaz.tv

Dəmir Aşiq heykəli Sayınqala sakinlərinin xahişi və şəhər bələdiyyəsinin səyləri ilə şəhərin girişində quraşdırılmışdı.

Bir müddət əvvəl heykəlin ətrafına bannerlər quraşdırılmışdı. Bu insanlarda heykəlin söküləcəyi ilə bağlı narahatlıqları artırmışdı.

Bir müddət əvvəl tanınmış Azərbaycan sənədli film rejissoru Məhəmməd Əlimuradi məsələ ilə bağlı sosial media hesabında paylaşım etmişdi.

Qərbi Azərbaycanın Sayınqala şəhərində İranın hər yerində dövlət hesabına və rəsmi təbliğatla "Oxatan Ərəş"dən "Rüstəm"ə və "Şapur"a qədər fars heykəlləri və simvollarının ucaldıldığı günlərdə Dəmir Aşığın heykəli pankartla örtülüb. Aşıq nə separatizmin simvolu, nə də siyasi şüardır; o, Azərbaycan xalqının və bütün İran türklərinin sevgisinin, dilinin, poeziyasının və xatirəsinin simvoludur." - deyə Məhəmməd Əlimuradi paylaşımında bildirmişdi.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar