SON XƏBƏRLƏR

İranda dolların məzənnəsi 126.000 tüməni keçdi

2025.12.09, 12:30
İranda dolların məzənnəsi 126.000 tüməni keçdi

İranın sərbəst valyuta bazarında dolların qiyməti yüksəliş trendini davam etdirir, belə ki, dollar 126.000 tüməni keçərək yeni rekorda çatıb.

Gunaz.tv

Dollarla yanaşı İranda qızılın da qiyməti qalxmağa davam edir. Artıq bir qızıl sikkənin qiyməti 133 milyon tüməni keçib.

İran iqtisadiyyatı ciddi tənəzzül riski ilə üzləşir. Dünya Bankının hesablamalarına görə, ölkə iqtisadiyyatı 2025-ci ildə 1,7 faiz azalacaq. Nüfuzlu beynəlxalq qurum bu tendensiyanın gələn il daha intensiv davam edəcəyini və 2026-cı ildə İran iqtisadiyyatının təxminən 2,8 faiz azalacağını proqnozlaşdırıb.

İran Statistika Mərkəzinin dərc etdiyi məlumata görə, aylıq inflyasiya səviyyəsi noyabr ayında 48,6 faizə çatıb və yaxın aylarda 50 faizi keçə bilər; bu, son dörd ilin ən yüksək infilyasiya həddidir.

 

Ş.A.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar