SON XƏBƏRLƏR

İranda məhbuslar yenidən aclıq aksiyasına başladılar

2025.12.09, 13:03
İranda məhbuslar yenidən aclıq aksiyasına başladılar

Bu gün 9 dekabr səhər saatlarından başlayaraq İranın 55 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Aclıq aksiyası 98-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi İran həbsxanalarında 1400-dən çox məhbus edam edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar