SON XƏBƏRLƏR

Britaniya MN rəsmisi: Tərəfdaşlığımız ölkələrimizin təhlükəsizliyi üçün fayda gətirir

2025.12.10, 11:37
Britaniya MN rəsmisi: Tərəfdaşlığımız ölkələrimizin təhlükəsizliyi üçün fayda gətirir

“Keçən həftə Azərbaycana əla bir səfərim oldu və bu səfər müdafiə əməkdaşlığımızı daha da gücləndirdi. Tərəfdaşlığımız inkişaf edir və həm ölkələrimizin təhlükəsizliyi, həm də müdafiəsi üçün fayda gətirir.”

Gunaz.tv

Bunu Böyük Britaniyanın müdafiə üzrə dövlət naziri Vernon Koker bildirib.

O Azərbaycan səfəri ilə bağlı öz “X” hesabında paylaşım edib.

Qeyd edək ki, bu gün Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdaysın Azərbaycana səfəri başlayıb.

Ticarət elçisi 13 dekabradək Azərbaycanda səfərdə olacaq, bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, bu, Lord Con Alderdaysın ticarət elçisi kimi Azərbaycana ilk rəsmi səfəridir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar