SON XƏBƏRLƏR

Amerikada "Tramp marşrutu"nun qısa zamanda istifadəyə verilməsi müzakirə olunub

2025.12.10, 12:03
Amerikada "Tramp marşrutu"nun qısa zamanda istifadəyə verilməsi müzakirə olunub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Amerika Ticarət Departamenti katibinin müavinləri Vilyam Kimmitt və Ceffri Kessler ilə görüşüb.

Gunaz.tv

Görüşdə iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, Azərbaycanda investisiya üçün əlverişli mühit olduğu vurğulanıb.

Həmçinin Orta Dəhliz və Zəngəzur dəhlizinin inkişafı, eləcə də "TRIPP" layihəsinin qısa zamanda istifadəyə verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Qarşı tərəf Amerika istehsalı olan rəqəmsal məhsulların Azərbaycana ixracında mövcud çətinliklərin aradan qaldırılmasına dəstək göstərməyə hazır olduğunu bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar