SON XƏBƏRLƏR

İran Ali Məhkəməsi milli fəalların işinə baxılmasını rəd etdi

2025.12.10, 12:49
İran Ali Məhkəməsi milli fəalların işinə baxılmasını rəd etdi

İran Ali Məhkəməsi dördüncü dəfə olaraq Evin həbsxanasında saxlanılan 3 azərbaycanlı milli fəallın işinə yenidən baxıması barədə müraciəti rədd edib.

Gunaz.tv

Bu haqda Araz Aman, Ayaz Seyfxah və Baqir Hacızadənin vəkili Əsgər Məhəmmədi məlumat yayıb.

Bildirilib ki, Ali Məhkəmənin 29-cu şöbəsində, hakim Abbasəli Əlizadənin sədrliyi ilə keçirilən iclasda adı çəkilən fəalların işinə yenidən baxılması tələbi rədd edilib və Tehran İslam İnqilab Məhkəməsinin hakimi Əbülqasim Salavatinin fəalların həbsi barədə verdiyi qərar qüvvədə saxlanılıb.

Çıxarılan hökmlərə əsasən, Ayaz Seyfxah 14 il, Araz Aman 13 il və Baqir Hacızadə 13 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2024-cü ilin fevral ayının 5 və 7-də həbs olunan fəallar "casusluq" və "milli təhlükəsizliyə qarşı cinayətlər törətmək üçün toplaşmaq və əlbir olmaq"da günahlandırılıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar