SON XƏBƏRLƏR

Ermənistan nümayəndə heyəti Bakıda “3+3”-ün iclasında iştirak edə bilər

2025.12.10, 15:04
Ermənistan nümayəndə heyəti Bakıda “3+3”-ün iclasında iştirak edə bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistan nümayəndə heyətinin Bakıda “3+3” formatında keçiriləcək görüşdə iştirakının mümkünlüyünü istisna etməyib.

Gunaz.tv

O, Azərbaycanın Bakıda belə bir görüşün keçirilməsi təklifi ilə bağlı mövqeyinə toxunarkən bildirib.

“Düşünmürəm ki, hər hansı regional format çərçivəsindən çıxmaq düzgün məntiq olardı və mən Ermənistan nümayəndə heyətinin Bakıda keçiriləcək hər hansı tədbirdə iştirakını istisna etmirəm”, - erməni spiker qeyd edib.

O vurğulayıb ki, əgər hər hansı bir məsələ olarsa, onlar həmin məsələni qaldıracaqlar.

“Amma iştirak etməmək, mənim fikrimcə, sadəcə qəbuledilməzdir", - Simonyan əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar