SON XƏBƏRLƏR

Milli fəal Təbriz həbsxanasına köçürülüb

2025.12.10, 16:23
Milli fəal Təbriz həbsxanasına köçürülüb

Şərqi Azərbaycan əyalətinin Şəbüstər bölgəsindən olan milli fəal Hüseyn Amani Nadarlı bu gün Təbriz həbsxanasına köçürülüb.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

Qeyd edək ki, təhlükəsizlik məmurları Hüseyn Amani Nadarlını dekabrın 3-də saxlayaraq naməlum yerə aparmışdılar.

Bu müddət ərzində onun yaxınlarının fəalın harada saxlanılması və ittihamı ilə bağlı müraciətlərinə cavab verilməmişdi.

Hüseyn Amani Nadarlı bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar