SON XƏBƏRLƏR

Kərəc şəhərinin həbsxanasında məhbuslar aclıq aksiyası keçirib

2025.12.13, 12:19
Kərəc şəhərinin həbsxanasında məhbuslar aclıq aksiyası keçirib

Dekabrın 12-də Kərəc şəhərinin həbsxanasında saxlanılan yüzlərlə məhbus aclıq aksiyasına başlayıb.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, aksiya edama məhkum edilmiş 6 məhbusun edam qabağı hazırlıq üçün təkadamlıq kameralara salınmalarına görə başlayıb.

Aclıq aksiyası keçirən məhbuslar edam hökmlərinin artması və saxta ittihamlarla məhkum edilənlərin edamına səssiz qalmayacaqlarını bildiriblər.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bu günə kimi İran həbsxanalarında 1500-ə yaxın məhbus edam edilib.

Onların arasında siyasi baxışlarına görə məhkum edilənlərin də adları var.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar