SON XƏBƏRLƏR

Lübnan və Suriya qüvvələri arasında silahlı qarşıdurma olub

2025.12.15, 11:04
Lübnan və Suriya qüvvələri arasında silahlı qarşıdurma olub

Lübnan ordusunun xüsusi təyinatlı bölmələri əl-Məşrəfə bölgəsində mövqelərinin atəşə tutulmasından sonra Suriya tərəfinə cavab atəşi açıb.

Gunaz.tv

Bu barədə “Elnashra” xəbər portalı məlumat yayıb.

Məlumata görə, Suriya təhlükəsizlik qüvvələri ilə qarşılıqlı atışmadan sonra Lübnan hökuməti əl-Qaa sərhəd-keçid məntəqəsini bağlayıb. Bölgənin sərhəd sahəsinə əlavə qüvvələr göndərilib.

Bundan əvvəl həmin ərazidə Lübnan hərbçiləri Dəndəş klanına mənsub qaçaqmalçılar dəstəsi ilə silahlı toqquşmaya giriblər. Silahlılar itki verərək Suriya ərazisinə geri çəkiliblər.

Qeyd edək ki, Suriya–Lübnan sərhədində son silahlı insident 17 avqustda baş verib. Həmin vaxt Lübnan ordusu Kfar-Zabad dağlıq ərazisində terrorçu qrupun ölkəyə sızmasının qarşısını alıb.

 

C

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar