SON XƏBƏRLƏR

Özbəkistan səfiri Azərbaycanla zəngin mədəni mübadilədən danışıb

2025.12.15, 12:02
Özbəkistan səfiri Azərbaycanla zəngin mədəni mübadilədən danışıb

Özbəkistan və Azərbaycan arasında mədəni mübadilə hər il getdikcə daha da intensivləşir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Bakıda Özbəkistanın Mədəniyyət Günlərinin açılış mərasimində bildirib.

Diplomatın sözlərinə görə, iki ölkə arasında mədəni əməkdaşlıq son üç ildə durmadan inkişaf edir. Azərbaycanda Özbəkistan Mədəniyyət Günləri, Özbəkistanda isə Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilir.

"Biz təkcə özbək musiqisi və rəqsini təqdim etmirik, həm də yerli ənənələrin ortaq elementlərini birləşdiririk ki, bu da mübadiləni daha məzmunlu edir", - səfir qeyd edib.

"Bu tədbirlərin məqsədi Azərbaycan musiqisini, rəqsini və incəsənət həvəskarlarını Səmərqənd, Buxara, Daşkənd və Xorəzm də daxil olmaqla Özbəkistanın bütün bölgələrinin mədəniyyəti ilə tanış etməkdir", - B.Əşrəfxanov deyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar