SON XƏBƏRLƏR

Aİ Ukraynaya real hərbi zəmanətlər verilməsini tələb edib

2025.12.15, 12:39
Aİ Ukraynaya real hərbi zəmanətlər verilməsini tələb edib

Ukrayna NATO-ya üzv ola bilməyəcəyi təqdirdə ona real təhlükəsizlik zəmanətləri verilməlidir.

Gunaz.tv

Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.

"Əgər biz Ukraynanın NATO-ya üzvlüyündən danışa bilmiriksə, o zaman təhlükəsizlik zəmanətlərini müəyyən etmək lazımdır. Bunlar sənədlər və ya vədlər ola bilməz. Söhbət Ukraynanın özünü müdafiə etmək qabiliyyətini təmin edən real qoşunlardan və real mexanizmlərdən getməlidir", - K.Kallas deyib.

O, həmçinin qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə yalnız Donbasla məhdudlaşmaya bilər, bu isə bütün Avropanın təhlükəsizliyinə təhdiddir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar