SON XƏBƏRLƏR

Zelenski: Müzakirələrdə yer alan bəzi məsələlər Ukraynanın mövqeyinə ziddir

2025.12.16, 10:55
Zelenski: Müzakirələrdə yer alan bəzi məsələlər Ukraynanın mövqeyinə ziddir

Çoxsaylı məsələlərdə həqiqətən irəliləyiş əldə olundu, lakin əldə etdiyimiz nəticələri qarşı tərəfin necə qəbul edəcəyini bilmirəm, amma vacib olan odur ki, biz eşidildik.

Gunaz.tv

Bunu Berlində səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Merz ilə birgə mətbuat konfransında deyib.

Müzakirələrdə yer alan bəzi məsələlərin Ukraynanın mövqeyinə zidd olduğunu vurğulayan Zelenski onları sənədlərin yeni versiyalarında görmək istəmədiyini bildirib:

“Mənim üçün Ukraynanın ləyaqəti və ərazi məsələləri çox əhəmiyyətlidir. Bu, əlbəttə ki, çox ağrılı məsələdir. Rusiya çox şey istəyir. Bu, çox uzun bir dialoqdur. Biz onların nə istədiyini çox yaxşı anlayırıq. İnsanlar buna inana bilər, ya da inanmaya bilər. Amma biz tam dəqiq bilirik ki, onlar nə istəyirlər”.

Görüşdə Ukraynanın mövqeyinin Amerika tərəfinə aydın şəkildə çatdırıldığını deyən dövlət başçısı deyib ki, amerika tərəf vasitəçi kimi müxtəlif addımlar təklif edəcək ki, müəyyən konsensus əldə olunsun:

"Ümid edirəm ki, bu məsələlərdə Amerika öz vasitəçilik rolunu davam etdirəcək. Bu, bizim üçün perspektivli olar”.

 

C

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar