SON XƏBƏRLƏR

Amerika və Avropa müharibədən sonra Ukraynaya dəstək planı hazırlayıb

2025.12.17, 12:03
Amerika və Avropa müharibədən sonra Ukraynaya dəstək planı hazırlayıb

Amerika və Avropa ölkələri sülh razılaşması əldə edildikdən sonra Ukraynaya dəstək planını əks etdirən iki sənəd hazırlayıblar.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə “The New York Times“ qəzeti mənbələrə istinadən məlumat verib.

Plan Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsini, yeni bir işğalın qarşısını almaq üçün ölkəyə Avropa qoşunlarının yerləşdirilməsini və Amerika kəşfiyyatından daha çox istifadəni nəzərdə tutur.

Adı çəkilməyən Amerika rəsmisi qeyd edib ki, sənəddə Rusiyanın gələcək hücumlarının qarşısını almaq və Moskvanı cəzalandırmaq üçün konkret addımların atılması nəzərdə tutulub.

Xüsusilə, əsas prioritetin sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının 800.000-ə çatdırılması olduğu deyilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar