SON XƏBƏRLƏR

İranda iqtisadi böhran- Yoxsulluq səviyyəsi artıb

2025.12.19, 14:06
İranda iqtisadi böhran- Yoxsulluq səviyyəsi artıb

Beynəlxalq Valyuta Fondunun (BVF) yeni cədvəlləri 2025-ci ildə İran milli valyutasının ən sürətlə dəyər itirən üç ölkədən biri olduğunu göstərir. 

Gunaz.tv

Bu haqda İranın “Ruydad 24” nəşri məlumat yayıb.
 
Məlumata görə, ilin əvvəlində 100 dollar dəyərində olan vətəndaş əmanətləri ilin sonunda real olaraq 69 dollara enib. 

Bildirilib ki, İran bu göstərici ilə yalnız Venesuela və daha bir ölkədən geri qalır. Ekspertlər bunu faktiki olaraq milli valyutanın iflası kimi qiymətləndirir. 

İqtisadi vəziyyətin pisləşməsində “tətik mexanizmi”nin işə düşməsi və sanksiyaların bərpasının mühüm rol oynadığı vurğulanıb.

Qeyd edək ki, hazırda hər 1 ABŞ dolların dəyəri 132 min tümən civarındadır və bunun ilin sonuna kimi 135 min tümənə çatacağı proqnozlaşdırılır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar