SON XƏBƏRLƏR

İsrail İrana casusluq edən Rusiya vətəndaşını həbs edib

2025.12.19, 15:06
İsrail İrana casusluq edən Rusiya vətəndaşını həbs edib

İsraildə İran təhlüksizlik və kəşfiyyat xidmətinin xeytinə casusluq edən Rusiya vətəndaşı həs edilib.

Gunaz.tv

Bu haqda İsrail mediası məlumat yayıb.

Məlumata görə, İsrail Daxili Təhlükəsizlik Agentliyi (Şəbak) və İsrail Müdafiə Nazirliyinin Ymir Erzim Xüsusi İstintaq Bölməsi Rusiya vətəndaşı Vitali Zvyagintsevin dekabrın əvvəlində təhlükəsizlik cinayətlərində şübhəli bilinərək həbs edib.

İsrail xüsusi xidmətlərinin araşdırmalarına görə, 30 yaşlı Zvyagintsev oktyabr ayından bəri özünü "Roman" kimi təqdim edən və Rusiyada yaşadığını iddia edən bir şəxslə əlaqə saxlayıb. İsrail hakimiyyəti bu şəxsin İranın kəşfiyyat agenti olduğunu müəyyən edib.

 Zvyagintsev "Roman"ın rəhbərliyi ilə və turizm fəaliyyəti adı altında İsrailin müxtəlif limanlarında obyektlərin və gəmilərin fotoşəkillərini çəkmək üçün çoxsaylı tapşırıqlar yerinə yetirib və bunun müqabilində rəqəmsal vasitələrlə ödənişlər alıb.

"O, İsraildəki müxtəlif yerlərin fotoşəkillərini çəkmək üçün verilən göstərişlərin casusluq xarakterli olduğunu və ölkəyə zərər vermək məqsədi daşıdığını bilsə də, maliyyə səbəblərinə görə daha çox tapşırıq yerinə yetirməyə davam edib",- məlumatda qeyd olunub.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar