SON XƏBƏRLƏR

Əraqçı britaniyalı həmkarı telefonla danışıb

2025.12.21, 13:33
Əraqçı britaniyalı həmkarı telefonla danışıb

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper cümə günü telefon danışığı aparıblar.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Telefon danışığında ikitərəfli münasibətlərin bəzi məsələləri, o cümlədən konsulluq məsələləri barədə fikir mübadiləsi aparılıb və qarşılıqlı anlaşmanı gücləndirmək və qarşılıqlı maraq doğuran məsələləri həll etmək üçün müxtəlif səviyyələrdə məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Əraqçı, üç Avropa ölkəsinin İranın nüvə məsələsi ilə bağlı yanaşmasını tənqid edib və bunu məsuliyyətsiz adlandırıb. 

O, "Tehranın heç vaxt dialoqu rədd etmədiyini, əksinə birtərəfli təzyiq mənasını verən danışıqları rədd etdiyini" iddia edib.

Böyük Britaniyanın xarici işlər naziri İranın nüvə məsələsi ilə bağlı diplomatiyadan istifadənin zəruriliyi ilə bağlı ölkənin mövqeyini vurğulayıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar