SON XƏBƏRLƏR

İran mediası Azərbaycana gələn baş məşqçini tənqid etdi

2025.12.23, 13:46
İran mediası Azərbaycana gələn baş məşqçini tənqid etdi

İran milli Yunan-Roma güləşi komandasının keçmiş baş məşqçisi Məhəmməd Bena, Azərbaycan Respublikasının Güləş Federasiyası ilə danışıqlardan sonra, bu ölkənin komandasıma rəhbərlik etmək barədə razılığa gəlib və tezliklə müqavilə imzalayacaq.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Xəbərin yayılmasından sonra bəzi media orqanları, xüsusən sosial media şəbəkəsində Məhəmməd Benaya qarşı kampaniya başladılıb, onun Azərbaycan Respublikasının komandasına rəhbərliyi tənqid olunub.

M.Bena 2012-ci il London Olimpiadasında İran milli Yunan-Roma güləşi komandası ilə üç qızıl medal qazanıb. 

Qeyd edək ki, son illər İranda idmançılara və məşqçilərə qarşı laqeydlik və iqtisadi vəziyyətin ağırlığı bir çox idmançının başqa ökələrə, o cümlədən Azərbaycan Respublikasına gəlmələrinə səbəb olub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar