SON XƏBƏRLƏR

Tehran Tramp komandasının razılaşma şərtlərini rədd etdi

2025.12.24, 09:39
Tehran Tramp komandasının razılaşma şərtlərini rədd etdi

ABŞ İranın nüvə proqramı ilə bağlı rəsmi danışıqlar aparmağa hazırdır, amma Tehran da birbaşa dialоqa hazır olmalıdır.

Gunaz.tv

Bu barədə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi səfirinin müavini Morqan Ortaqus bildirib.

"Birləşmiş Ştatlar rəsmi danışıqlar aparmağa hazırdır, lakin Tehran da birbaşa və məzmunlu dialоqa açıq olduğu təqdirdə...", - deyə, o, BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramına dair iclasında çıxışı zamanı deyib.

İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani isə ölkəsinin uranın znginləşdirilməsini dayandırmaq tələbin ilə razılaşmadığını bildirib:

"Tehran ədalətli və mənalı danışıqları alqışlayır, ancaq sıfır zənginləşdirmə siyasətini NPT çərçivəsindəki hüquqlarına zidd hesab edir".

Ortagus isə İrəvaniyə xəbərdaredici formada cavab verib: "Atəşdən uzaqlaşın və Prezident Trampın diplomatiya əlini sıxın; bu, hələ də sizə tərəf uzanır".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar