SON XƏBƏRLƏR

Siyasi məhbus Ərdəbil həbsxanasına köçürülüb

2025.12.24, 10:49
Siyasi məhbus Ərdəbil həbsxanasına köçürülüb

Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Babək Dadbəxş Ərdəbil həbsxanasına köçürülüb.

Gunaz.tv

Bununla bağlı məhbusun ailəsi məlumat verib.

Onların sözlərinə görə, B.Dadbəxş dekabrın 21-də Tehrandan Ərdəbilə gətirilib.

Qeyd edək ki, təhlükəsizlik məmurları Babək Dadbəxşi 2018-ci ilin noyabr ayında Tehranda həbs ediblər.

"Müharibə təbliğatı aparmaq, yer üzündə fitnə-fəsad yaymaq və ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq"da günahlandırılan azərbaycanlı məhbus 43 il azadlıqdan məhrum edilib.

O, həbs olunmazdan əvvəl evli və iki uşaq atası olub, həbs edildikdən sonra qəza nəticəsində həyat yoldaşı və bir övladı həyatını itirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar