SON XƏBƏRLƏR

Azərbaycanın strateji valyuta ehtiyatları bu il 13 mlrd. dollara yaxın artıb

2025.12.25, 10:32
Azərbaycanın strateji valyuta ehtiyatları bu il 13 mlrd. dollara yaxın artıb

Azərbaycanın strateji valyuta ehtiyatları cari ilin 11 ayında 12,6 milyard ABŞ dolları və yaxud 17.7% artaraq 83.6 mlrd. ABŞ dollarına çatıb.

Gunaz.tv

Bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, Mərkəzi Bankın valyuta ehtiyatları bu dövrdə 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarına yüksəlib.

Xatırladaq ki, Azərbaycanı strateji valyuta ehtiyatları manat ifadəsi ilə 142 milyard manatdır ki, bu da 2025-ci ilə gözlənilən ÜDM-in həcmini (130 mlrd.manat) üstələyir. 

Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur.
 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar