SON XƏBƏRLƏR

Britaniya məktəb məzunları üçün ödənişli hərbi təlim tətbiq etməyi planlaşdırır

2025.12.27, 10:42
Britaniya məktəb məzunları üçün ödənişli hərbi təlim tətbiq etməyi planlaşdırır

Böyük Britaniya hökuməti 2026-cı ilin mart ayında məktəb məzunları üçün ödənişli hərbi təlim proqramına başlamaq və onları silahlı münaqişələrdə iştirak etməyə hazırlamaq niyyətindədir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki,  proqram universitetə ​​​​girməzdən əvvəl bir il fasilə verməyə qərar verən məktəb məzunları üçün nəzərdə tutulub.

Bu vaxt adətən qabaqcıl təlim, könüllü iş, səyahət və ya pul qazanmaq üçün istifadə olunur.

Əvvəlcə Böyük Britaniya Müdafiə Nazirliyi bu proqram vasitəsilə 25 yaşdan kiçik 150 yeni əsgəri işə götürməyi planlaşdırır.

Lakin, Avstraliyadakı mövcud sxemi təkrarlayan Britaniya ordusunun planları daha iddialıdır. Onlar gələcəkdə bu şəkildə hər il silahlı qüvvələrə 1000-ə qədər insanın cəlb olunacağını nəzərdə tuturlar.

Bu cür 13 həftəlik təlim gənc britaniyalılara hərbi xidmətə çağırılma öhdəliyi olmadan başlamaq imkanı verəcək. Silahlı qüvvələrdə qalmağı seçənlər əlavə təlim keçəcək və hərbi əməliyyatlarda iştirak etmək üçün göndərilə biləcəklər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar