SON XƏBƏRLƏR

İranda əhalinin sayı azalır- Nazir xəbərdarlıq etdi

2025.12.27, 14:29
İranda əhalinin sayı azalır- Nazir xəbərdarlıq etdi

Ölkədə cəmiyyətin azalması və yaşlı nəslin artması tendensiyası indi olduğu kimi davam edəcəyi təqdirdə 2100-cü ilə kimi İran əhalisinin sayı 40 milyon olacaq.

Gunaz.tv

Bunu İranın daxili işlər naziri İskəndər Mömüni deyib.

O, bunun qarşısını almaq üçün ciddi və təcili tədbirlərin görülməsi və məsələyə müdaxilə edilməsinin vacib olduğunu bildirib.

"Əgər mövcud tendensiya davam edərsə, geniş iqtisadi, sosial və təhlükəsizlik nəticələri ilə üzələşəcək və ciddi bir demoqrafik böhranla qarşılaşacağıq",- nazir xəərdarlıq edib.

Mömüni bu vəziyyətin dəyişməsi üçün yeni siyasətin formalaşmasını və əhali sahəsində effektiv müdaxilənin həyata keçirilməsini tələb edib.

Daxili işlər naziri həmçinin doğum nisbətlərinin azalması və yaşlanmanın artmasının İranın demoqrafik gələcəyi üçün həyəcan verici əlamət olduğunu vurğulayaraq deib:

"Bu proseslərə laqeyd qala bilmərik və mövcud tendensiyanı planlaşdırma və konkret tədbirlər vasitəsilə dəyişdirməliyik".

Qeyd edək ki, xüsusən son illər İranda iqtisadi vəziyyətin ağırlaşmasına görə evlilik və uşaq dünyaya gətirmək sayı əhəmiyyətli dərəcədə azalıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar