SON XƏBƏRLƏR

Yüsif Kari və Abbas Lisani qeyri-müəyyən vəziyyətdə saxlanılır

2025.12.29, 10:13
Yüsif Kari və Abbas Lisani qeyri-müəyyən vəziyyətdə saxlanılır

Ərdəbildən olan milli fəallar Abbas Lisani və Yusif Kari həbs olunmalarının üstündn 48 gün keçməsinə baxmayaraq Tehranın Evin həbsxanasında qeyri-müəyyən şərayitdə saxlanılırlar.

Gunaz.tv

Bu hqda insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, yalnız Abbas Lisani bu müddət ərzində ailəsi ilə qısa telefon əlaqəsi saxlaya bilsə də, başqa məhbusların yaxınları ilə danışıqlarına icazə verilməyib.

Xatırladaq ki, Abbas Lisani, Əli xeyrucu, Behzad Dəşti və Yusif Kari noyabrın 11-də Tehranda Evin həbsxanasının qarşısında aclıq aksiyası keçirən azərbaycanlı məhbs fəallara dəstək üçün oturaq aksiya keçirdikləri vaxt həbs ediliblər.

Bir müddət əvvəl Behzad Dəşti girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilib, Əli Xeyrcu isə həbsxananın 7 saylı ümumi bölməsinə köçürülüb.

Noyabrın 18-də Abbas Lisani, Əli Xeyrcu və Yusif Kari Təhlükəsizlik Nazirliyinin Evin həbsxanasındakı 209 saylı istintaq təcridxanasına köçürülüblər.

Onlara qarşı "qanunsuz qrupa üzv olmaq", "ölkənin milli təhlükısizliyinə qarşı toplaşmaq və əlbir olmaq" və "ictimai asayişi pozmaq" ittihamları irəli sürülüb.

Adı çəkilən fəalların hamısı bundan əvvəl də dinc mədəni və milli fəaliyyətlərinə görə bir neçə dəfə həbs olunublar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar