SON XƏBƏRLƏR

İran kimyəvi başlıqlar üzərində işləyir

2025.12.29, 10:49
İran kimyəvi başlıqlar üzərində işləyir

SEPAH-ın Aerokosmik Qüvvələri uzun mənzilli ballistik raketlər üçün bioloji və kimyəvi tərkibli qeyri-ənənəvi döyüş başlıqları üzərində işləyir.

Gunaz.tv

Bu haqda məlumatlı hərbi mənbələr bildiriblər.

Onların sözlərinə görə, bu fəaliyyətlə paralel olaraq ballistik raket başlıqlarının bir hissəsi İranın şərq bölgələrinə köçürülüb və bu proses son aylarda intensivləşib.

Mənbələr bu addımların bölgədə gərginliyin artması, eləcə də Tehranın İsrail və ABŞ ilə mümkün birbaşa qarşıdurma ehtimalı ilə bağlı narahatlıqları fonunda atıldığını bildiriblər.

Qeyd olunub ki, İran hakimiyyəti mümkün hücumları ölkənin mövcudluğuna təhdid kimi qiymətləndirir və münaqişə halında qarşı tərəf üçün xərcləri artırmağa çalışır. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar