SON XƏBƏRLƏR

13 milli fəala ağır həbs cəzası verildi

2025.12.29, 15:53
13 milli fəala ağır həbs cəzası verildi

Təbrizin İnqilab Məhkəməsi 13 milli fəalı ümumilikdə 85 il 9 ay həbs cəzasına məhkum edib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Hamid Yeqanəpur, İbrahim Əvəzzadə, Yürüş Mehrəlibəyli, Araz İbrahimnəjad, Hüseyn Azadi, Əmir Hüseyn Aqayi, Nasir Rəzmcu, Davud Şiri, Cavad Sudbər, Mehrdad Qadiri, Əli Babayi, Mürtəza Nurməhəmmədi və Mir Məhəmmədrza Müvəhhid müxtəlif ittihamlara görə cəzalandırılıblar.

Onlara qarşı "ölkənij milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" və "qanunsuz qruplara üzv olmaq" ittihamları irəli sürülüb.

Bildirilb ki, iş üzrə hakim Rza Əbdi hökmü adı çəkilən fəallara çatdırmaqdan imtina edib və işin surətini fəalların vəkili Əsgər Məhəmmədiyə təqdim edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar