SON XƏBƏRLƏR

İran Prezidenti hökuməti etirazçıların tələblərini dinləməyə çağırıb

2025.12.30, 10:21
İran Prezidenti hökuməti etirazçıların tələblərini dinləməyə çağırıb

İran Prezidenti Məsud Pezeşkian hökuməti ölkədə baş verən etiraz aksiyalarının iştirakçılarının tələblərinə diqqətlə yanaşmağa çağırıb.

Gunaz.tv

Prezident bu məqsədlə ölkənin daxili işlər nazirinə müvafiq tapşırıq verdiyini açıqlayıb.

“Daxili işlər nazirinə tapşırıq verdim ki, etirazçıların nümayəndələri ilə dialoq apararaq onların haqlı tələblərini dinləsin və dövlət özünün tam potensialı ilə onların çətinliklərinin həlli istiqamətində fəaliyyət göstərsin”, – Pezeşkian bildirib.

Qeyd edək ki, İranın milli valyutası rialın Amerika dolları qarşısında kəskin dəyər itirməsinə etiraz olaraq dünən paytaxt Tehran bazarlarında bir qrup sahibkar etiraz aksiyası keçirib. Hazırda vəziyyətlə bağlı aidiyyəti qurumlar tərəfindən müzakirələr aparıldığı bildirilir.

@C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar