SON XƏBƏRLƏR

Ukrayna Prezidenti Rusiyaya qalib gəlməyin şərtini açıqlayıb

2025.12.30, 13:46
Ukrayna Prezidenti Rusiyaya qalib gəlməyin şərtini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Amerikanın dəstəyi olmadan ölkəsi Rusiya ilə müharibədə qalib gələ və ya onu öz şərtləri ilə başa çatdıra bilməz.

Gunaz.tv

O bu barədə Amerikaya səfəri çərçivəsində "Fox News" telekanalına müsahibəsində bildirib.

V.Zelenskinin sözlərinə görə, Amerikanın dəstəyi olmadan ölkənin hava müdafiəsi əhəmiyyətli dərəcədə zəifləyəcək:

"Amerikanın dəstəyi olmadan qalib gələ bilərikmi? Xeyr. Çünki, birincisi, bütün əsgərlər yalnız öz ailələri barədə düşünəcəklər. Və Amerika dəstəyi olmadan səmamız qoruya bilmərik. Hətta indi də bu çox çətindir. Amerikanın hava hücumundan müdafiə raketləri kimi dəstəyi həqiqətən faydalı və güclüdür. Rusiya yüzlərlə dron və raket istifadə edir və hava hücumundan müdafiə vasitələri kifayət etmir", - o deyib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar