SON XƏBƏRLƏR

İranın müxtəlif şəhərlərində etirazların üçüncü günü

2025.12.31, 10:23
İranın müxtəlif şəhərlərində etirazların üçüncü günü

Bazar günündən bəri başlayan etirazlar 30 dekabr çərşənbə axşamı günü daha şiddətli şəkildə davam edib.

Gunaz.tv

Tehranın Böyük Bazarından Dəmir Bazarına qədər müxtəlif bazarlarında yayımlanan videolara görə, genişmiqyaslı etirazlar keçirilib və bir çox iş adamı ölkədəki mövcud vəziyyətə etiraz olaraq mağazalarını və ticarət mərkəzlərini bağlayaraq etirazlara qoşulub.

Etirazçıların çox olduğu Həmədanda hökumət qüvvələrinin gecə etirazçılara atəş açdığı barədə məlumatlar var.

Etirazlar Kirmanşah da daxil olmaqla müxtəlif şəhər və əyalətlərdə davam edib.

Qeyd edək ki, etirazlara qatılan Tehran Universitetinin tələbələri “Xameneiyə ölüm” və “Vilayət-e-Fəqih sisteminə ölüm” kimi şüarlar səsləndiriblər.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar