SON XƏBƏRLƏR

KİV: Netenyahu Trampla İrana 2026-cı ildə zərbə endirilməsinə dair müzakirə aparıb

2026.01.01, 12:04
KİV: Netenyahu Trampla İrana 2026-cı ildə zərbə endirilməsinə dair müzakirə aparıb

İsrail Baş naziri Benyamin Netenyahu Amerika Prezidenti Donald Trampla İrana 2026-cı ildə zərbə endirilməsinin mümkünlüyünə dair müzakirə aparıb.

Gunaz.tv

Bu barədə “Axios”portalı məlumat yayıb.

Qeyd edilib ki, görüşün təfərrüatları ilə tanış olan bir amerikalı rəsmi və Amerikadan olan daha iki mənbənin bildirdiyinə görə, Benyamin Netanyahu 29 dekabrda Florida ştatında Donald Tramp ilə görüşü zamanı İrana qarşı mümkün təkrar hücum variantını gündəmə gətirib.

Xatırladaq ki, Amerika Prezidenti İsrail Baş naziri ilə görüşdən əvvəl mediaya açıqlamasında bildirib ki, Tehran nüvə proqramını bərpa etməyə cəhd edərsə, Amerika yenidən İrana zərbə endirməyə hazırdır.

Bu gün isə İran xarici işlər naziri Abbas Əraqçi Amerika Prezidenti Donald Trampın son təhdidiylə əlaqədar müxtəlif ölkələrin XİN başçılarına məktub yazdığını açıqlayıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar