SON XƏBƏRLƏR

İranda etirazlar və etirazçıların həbsləri davam edir

2026.01.03, 09:57
İranda etirazlar və etirazçıların həbsləri davam edir

İranda etirazlar və etirazçıların həbsləri davam edir.

Gunaz.tv

İlam, Qum və Huzistan əyalətlərində naməlum şəxslər küçələrə odlu və soyuq silahlarla çıxıblar.

"Mehr" agentliyinin yayımladığı görüntülərdə maskalı şəxslərin əllərində silah tutduqları görünür. Qumda etirazçılar mülki avtomobili yandırıblar.

"Fars" agentliyinin məlumatına görə, yanvar 2-də axşam Tehran və onun bəzi ətraf ərazilərinin ayrı-ayrı qruplar hökumət əleyhinə şüarlar səsləndirərək, yoldan keçənləri təhrik etməyə çalışıblar. Silahlı etirazçılar bir neçə əyalətdə hökumət binalarına hücumları davam etdirirlər.

Xuzistan əyalətinin Şuştar şəhərində polis bir qrup etirazçını saxlayıb və bir ədəd "Colt" tapançası, 12 bıçaq və bir daraq müsadirə edib. Əyalətin polis rəisi Fərşad Kazemi hüquq-mühafizə orqanları əməkdaşlarının çevik hərəkətlərinin bir neçə etirazçını müəyyənləşdirməyə və saxlamağa imkan verdiyini qeyd edib, vətəndaşları cinayətkarların nifaq salmaq cəhdləri fonunda ayıq-sayıq olmağa çağırıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar