SON XƏBƏRLƏR

BMT-nin İran üzrə məruzəçisi hakimiyyəti etiraz etmək hüququna hörmət etməyə çağırıb

2026.01.03, 10:10
BMT-nin İran üzrə məruzəçisi hakimiyyəti etiraz etmək hüququna hörmət etməyə çağırıb

BMT-nin İrandakı insan haqları üzrə xüsusi məruzəçisi Mai Sato ölkə daxilində keçirilən nümayişləri yaxından izlədiyini deyib və etirazçılarla təhlükəsizlik qüvvələri arasında “artan qarşıdurma” barədə xəbərdarlıq edərək, hakimiyyəti ifadə azadlığı və dinc toplaşma azadlıqlarına hörmət etməyə çağırıb.

Gunaz.tv

Sato bununla bağlı X səhifəsində yazıb: "İran hakimiyyətini ifadə və dinc toplaşmaq azadlığı hüquqlarına hörmət etməyə və dinc nümayişçilərə qarşı həddindən artıq güc tətbiq etməkdən çəkinməyə çağırıram".

"Qadın, Həyat, Azadlıq hərəkatı zamanı şahidi olduğumuz zorakı cavab təkrarlanmamalıdır. Fəaliyyətdə olan vətəndaş cəmiyyəti hər bir toplum üçün vacibdir. İnsanlar repressiya qorxusu olmadan fərqli fikirləri səsləndirməli və dinc etirazlarda iştirak etməlidirlər", - o əlavə edib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar