SON XƏBƏRLƏR

Mərkəzi Banka aid edilən məxfi məktub: Banklar rabitə kəsintiləri ssenarisinə hazır olmalıdırlar

2026.01.03, 11:23
Mərkəzi Banka aid edilən məxfi məktub: Banklar rabitə kəsintiləri ssenarisinə hazır olmalıdırlar

Sosial mediada sürətlə yayılan məxfi məktubda İran Mərkəzi Bankı ölkə banklarından elektrik kəsintiləri, SMS kəsintiləri və "kiber təhdidlər" kimi ssenarilərə hazırlıq görmələrini və bank xidmətlərinin davamlılığı üçün bir plan həyata keçirmələrini istəyib.

Gunaz.tv

Məktubun 26 dekabr 2025-ci il tarixində bir neçə bankın və kredit təşkilatının baş direktorlarına ünvanlandığı bildirilir.

Sənədin mətni birbaşa ölkə miqyasında internetin bağlanmasına göstəriş vermir, lakin ehtiyat tədbirlərinin görülməsinə, böhran dövründə vacib xidmətlərin saxlanmasına və sistemlərin xarici təchizatçılardan asılılığının azaldılmasına işarə edilir.

Əvvəlki illərin təcrübəsi göstərdi ki, etirazların pik həddə çatdığı dövrdə hökumət beynəlxalq rabitəni kəsmək və ya məhdudlaşdırmaqla həm informasiya axınını məhdudlaşdırmağa, həm də daxili şəbəkədə bank və ödəniş xidmətlərini qorumağa çalışır.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar