SON XƏBƏRLƏR

Xarici kəşfiyyat xidmətlərinin İrana sızması parlamentdə müzakirə olunacaq

2026.01.05, 09:39
Xarici kəşfiyyat xidmətlərinin İrana sızması parlamentdə müzakirə olunacaq

Bu həftə ölkənin xarici işlər naziri Abbas Əraqçinin iştirakı ilə İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının və Müdafiə komitəsinin iclası keçiriləcək.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, iclasda xarici kəşfiyyat xidmətləri və hökumətlərin milli qurumlara sızmasının qarşısını almaq üçün nəzərdə tutulan layihə müzkairə olunacaq, XİN rəhbəri və onu müavinlərinin fəaliyyəti təhlil ediləcək, həmçinin dünyada baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparılacaq.

Parlamentin Müdafiə komitəsinin iclasında isə müttəfiq ölkələr arasında siyasi, iqtisadi, elmi və hərbi ittifaqın yaradılması üzrə planın hazırlanması məsələsinə diqqət yetiriləcək.

İclasların dəqiq keçirilmə tarixi açıqlanmayıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar