SON XƏBƏRLƏR

 Tramp yenidən İrana xəbərdarlıq etdi

2026.01.05, 11:03
 Tramp yenidən İrana xəbərdarlıq etdi

Əgər İslam Respublikası hakimiyyəti əvvəlki dövrlərdə olduğu kimi etirazçıların öldürülməsinə başlayarsa, ABŞ buna çox sərt cavab verəcək.

Gunaz.tv

Bunu bu gün ABŞ prezidenti Donald Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

İranda xalq etirazları fonunda səslənən bu bəyanatda Tramp vurğulayıb ki, etirazçılara atəş açıldıqda ABŞ onları qorumaq üçün müdaxilə edəcək. 

ABŞ prezidenti əlavə edib ki, öncəki prezident Barak Obamadan fərqli olaraq, o, İran etirazçılarını dəstəkləmək istiqamətində siyasətini dəyişib və bu yanaşmanı düzəldib. 

Qeyd edək ki, Donald Tramp ötən həftə də oxşar bəyaatsəsləndirərək, İran hökumətini etirazçılara qarşı zor tətb etməməyə çağırmışdı.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar