SON XƏBƏRLƏR

Güc tətbiq etmək problemin həlli deyil - Pezeşkian

2026.01.05, 13:16
Güc tətbiq etmək problemin həlli deyil - Pezeşkian

Xalqa hörmət və onların tələblərini dinləmək hökumət idarəçiliyinin prinsipidir.

Gunaz.tv

Bunu İran Prezidenti Məsud Pezeşkian dünən Nazirlər Kabinetinin iclasında deyib.

“Maarifləndirmənin artırılması və ictimai rəyə aydınlıq gətirilməsi narazılığın və sosial gərginliyin yaranmasının qarşısının alınmasında mühüm rol oynayır”, - o əlavə edib.

Prezident vurğulayıb ki, xalqla birbaşa qarşılıqlı əlaqə, onların narahatlıqlarını, tələblərini və tənqidlərini dinləmək və ictimai rəyi inandırmağa çalışmaq psixoloji və sosial təzyiqlərin azaldılmasında təsirli rol oynayır.

Pezeşkian narazılara qarşı güc tətbiqinin müsbət nəticə verməyəcəyində təkid edib:

“Cəmiyyəti zor tətbiqi və səhv metodlarla inandırmaq və ya sakitləşdirmək olmaz”.

Qeyd edək ki, İranda milli valyutanın dollar qarşısında son kəskin ucuzlaşmasından sonra genişmiqyaslı aksiyalar başlayıb. 

Bir həftədir davam edən tiraz aksiyaları zamanı 19 etirazçı öldürülüb, 1000-ə dək insan isə həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar