SON XƏBƏRLƏR

Senator Ted Kruz: Tramp İran, Rusiya və Çinin Qərb yarımkürəsini tərk etməsini əmr edib

2026.01.06, 11:30
Senator Ted Kruz: Tramp İran, Rusiya və Çinin Qərb yarımkürəsini tərk etməsini əmr edib

Respublikaçı senator Ted Kruz ABŞ prezidenti Donald Trampın Rusiya, Çin və İrana Qərb yarımkürəsini tərk etməsini əmr etdiyini söyləyib.

Gunaz.tv

"Fox News"da çıxış edən senator Kruz əlavə edib: Rusiya, Çin və İran Venesuelada mövcud idi. Onlar ABŞ yaxınlığında əhəmiyyətli bir baza yaratmaq istəyirdilər.

"Rusiya və Çindən Kubaya, Şimali Koreyaya, İrana və Venesuelaya qədər Amerika Birləşmiş Ştatlarının bütün düşmənləri hazırda Ağ Evə baxırlar və həqiqət budur ki, onlar baş komandandan və ABŞ-ın hərbi gücündən qorxurlar." - deyə o bildirib.

Senator Nikolas Maduronun həbsi əməliyyatına da toxunub: "Dünyada ABŞ ordusunun şənbə səhərinin erkən saatlarında etdiyini edə biləcək heç bir hərbi qüvvə yoxdur. Bu əməliyyat həqiqətən də fövqəladə idi." - o qeyd edib.

 

Ş.A.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar