SON XƏBƏRLƏR

Tramp: Respublikaçılar uduzsa, demokratlar mənə impiçment elan edəcəklər

2026.01.07, 11:15
Tramp: Respublikaçılar uduzsa, demokratlar mənə impiçment elan edəcəklər

Amerika prezidenti Donald Tramp bəyan edib ki, əgər respublikaçılar Konqresə keçiriləcək aralıq seçkilərində qalib gəlməsələr, demokratlar ona impiçment elan edə bilərlər.

Gunaz.tv

Tramp bu açıqlamanı Amerika Nümayəndələr Palatasında çıxışı zamanı verib.

“Aralıq seçkilərində qalib gəlməlisiniz, çünki əgər qalib gəlməsək, onlar mənə impiçment elan etmək üçün bəhanə tapacaqlar. Mənə impiçment elan ediləcək”, – deyə Tramp bildirib.

Amerika prezidenti əlavə edib ki, respublikaçıların Konqres seçkilərində qələbə qazanacağına əmindir.

Qeyd edək ki, Amerikada aralıq seçkilərinin 2026-cı ilin noyabrında keçirilməsi nəzərdə tutulur.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar