SON XƏBƏRLƏR

Pezeşkian tənqidlərə atalar sözü ilə cavab verdi

2026.01.07, 11:19
Pezeşkian tənqidlərə atalar sözü ilə cavab verdi

İran Prezidenti Məsud Pezeşkian ünvanına səsləndirilən tənqidlərə Azərbaycan dilinə məxsus atalar sözləri ilə cavab verib.

Gunaz.tv

“İslam şuralarının mövqeyi və xalqın Konstitusiyada iştirakı” adlı konfransda çıxış edən Pezeşkian bildirib ki, səsləndirilən bütün iradları diqqətlə dinləyib, ancaq indi özü də mövqeyini ifadə etməyi vacib hesab edir:

“Danışdınız, tənqid etdiniz - mən dinlədim. İndi isə mən danışmağa başlayanda siz də qulaq asın. Sözlərimə görə üz-gözünüzü əyməyə ehtiyac yoxdur”.

Çıxışının davamında prezident opponentlərinə Azərbaycan dilində atalar sözləri ilə cavab verib:
“Əyri oturaq, düz danışaq” və “Adını qoydum Rəşid - birini de, birini eşit”.

Qeyd edək ki, Məsud Pezeşkian və onun ailə üzvləri azərbaycanlı olduqları üçün çıxışları zamanı tez-tez Azərbaycan türkcəsində şeirlər səsləndirirlər. 
Bu azərbaycanlıların rəğbəti ilə qarşılaşsa da, fars miliyyətçilərinin və bəzi İran rəsmilərinin narazılığı ilə qarşılaşır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar