SON XƏBƏRLƏR

Zelenski “İstəklilər koalisiyası”nın Paris sammitinin nəticələrini şərh edib

2026.01.07, 11:36
Zelenski “İstəklilər koalisiyası”nın Paris sammitinin nəticələrini şərh edib

Ukrayna üçün artıq təhlükəsizlik zəmanətlərinin arxitekturası, konkret olaraq hansı ölkələrin nə etməyə hazır olması ilə bağlı təfərrüatlı anlayış var.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbərv erir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə “İstəklilər koalisiyası”nın sammitindən sonra teleqram səhifəsində bildirib.

"Fransa, Britaniya və Ukrayna hərbçiləri Silahlı Qüvvələri təşkil edən qüvvələrin, sayının və xüsusi silah növlərinin yerləşdirilməsi üzərində təfərrüatlı işləyiblər. Bizdə çox lazım olan detallar artıq var. Hansı ölkənin nə etməyə hazır olduğunu başa düşürük. “İstəklilər koalisiyası”nın bütün ölkələrindən hər bir liderə təşəkkür etmək istəyirəm”, - deyə Zelenski bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar