SON XƏBƏRLƏR

KİV: Britaniya və Amerika Atlantik okeanında Rusiya tankerinin hərəkətini izləyir

2026.01.07, 12:10
KİV: Britaniya və Amerika Atlantik okeanında Rusiya tankerinin hərəkətini izləyir

Böyük Britaniya, İrlandiya, Amerika və Fransa Atlantik okeanında Rusiyanın "Marinera" neft tankerinin hərəkətini izləmək üçün hava vasitələri cəlb edib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, son günlər ərzində İngiltərənin Safolk qraflığında yerləşən Mildenhol aviabazasından Amerika Hərbi Hava Qüvvələrinə məxsus iki "P-8" tipli kəşfiyyat təyyarəsi tanker istiqamətində uçuşlar həyata keçirib.

Eyni zamanda, Şotlandiyanın şimal-şərqindəki Lossimut bazasından Böyük Britaniya Hərbi Hava Qüvvələrinin "Eurofighter Typhoon" qırıcısı havaya qalxıb.

Əməliyyata Fransa Hərbi Dəniz Qüvvələrinin patrul təyyarəsi və İrlandiyanın Hava Korpusuna məxsus təyyarə də cəlb olunub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar