SON XƏBƏRLƏR

İranda məhbuslar aclıq aksiyası keçiriblər

2026.01.07, 14:03
İranda məhbuslar aclıq aksiyası keçiriblər

Yanvarın 6-ı səhər saatlarından başlayaraq İranın 55 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Aclıq aksiyası 102-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Qeyd edək ki, 2025-ci ildə İran həbsxanalarında 2 minə yaxın məhbus edam edilib, onlardan bir neçəsi siyasi fəaliyyətlərinə görə öldürülüblər.

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar