SON XƏBƏRLƏR

Təbriz bazarı bağlandı- Səbəb

2026.01.07, 16:09
Təbriz bazarı bağlandı- Səbəb

İranda keçirilən etiraz aksiyalarının fonunda və etirazlara dəstək məqsədilə bu gün yanvarın 7-i Təbrizin tarixi böyük bazarı tətil elan edib.

Gunaz.tv

Bu haqda xaricdə fəaliyyət göstərən farsdilli media məlumat yayıb.

Yerli mənbələr Təbriz bazarında əksər mağazaların balandığını təsdiq etsələr də, bunun etirazlara dəstək və ya dolların kəskin bahalaşması ilə bağlı olması barədə konkret fikir bildirməyiblər.

Günün ikinci yarısında isə Təbrizin "Azərəncümən" nəşri tətil xəbərini təsdiq edib:

"Valyuta məzənnəsinin və qızılın dəyərinin, eləcə də müxtəlif malların qiymətlərinin kəskin şəkildə artmasına etiraz olaraq, Təbriz bazarı tətil elan edərək işi dayandırıb."

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar