SON XƏBƏRLƏR

Britaniyalı deputat: Rusiya yük təyyarələri İrana enir və ölkədən qızıl çıxardır

2026.01.08, 14:11
Britaniyalı deputat: Rusiya yük təyyarələri İrana enir və ölkədən qızıl çıxardır

Britaniyalı millət vəkili Tom Tugendhat, Rusiya yük təyyarələrinin Tehrana enişi və İrandan külli miqdarda qızılın çıxması barədə xəbərlərin olduğunu bildirib.

Gunaz.tv

Tugendhat parlamentə bildirib ki, "Biz həmçinin Rusiya yük təyyarələrinin Tehrana gəldiyini və eniş etdiyini, ehtimal ki, silah və sursat daşıdığını görürük və İrandan külli miqdarda qızılın çıxması barədə xəbərlər eşidirik".

O bunun rejimin özünün süqutdan sonrakı dönəmə hazırlaşdığına işarə ola biləcəyini bildirib.

Böyük Britaniyanın Yaxın Şərq və Şimali Afrika üzrə naziri Hamiş Falkoner cavab olaraq bildirib ki, o, hesabatlarla bağlı "ətraflı məlumat vermək iqtidarında deyil", lakin Britaniyanın toplaşmaq azadlığı və etiraz etmək hüquqununxalqın haqqı olduğuna və İran hökuməti tərəfindən hörmət edilməli olduğuna inandığını bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar