SON XƏBƏRLƏR

Avstraliya, kanada və AB İrandakı etirazçılara dəstək verdi

2026.01.10, 14:26
Avstraliya, kanada və AB İrandakı etirazçılara dəstək verdi

Avstraliya, kanada və Avropa Birliyinin xarici işlər nazirləri İrandakı etirazçılara dəstək bəyanatı yayıblar.

Gunaz.tv

Bununla bağlı adı çəkilən ölkə və qurumun rəsmi xəbər agentliklərinə bildirilib.

Bəyanatda İran hökumətinin etirazçılara qarşı zorakılıqla basqın etməsi, özbaşına həbslər və hədə-qorxu tətbiq etməsi qəti şəkildə pislənilib, etirazçılara qarşı ölümcül güc tətbiqinə dərhal son qoyulması tələb olunub.

Avstraliya, Kanada və Avropa Birliyinin xarici işlər nazirləri, Sepah və "Bəsic" də daxil olmaqla təhlükəsizlik qüvvələrinin etirazların yatırılmasında və insanların öldürülməsindəki rolunu qeyd edərək, İran hökumətinin vətəndaşlarını qorumaq məsuliyyəti daşıdığını və qisas qorxusu olmadan ifadə azadlığına və dinc toplaşmalara zəmanət verməli olduğunu vurğulayıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar