SON XƏBƏRLƏR

Hökumət əks-aksiya təşkil etdi - Pezeşkian da qatıldı

2026.01.12, 20:59
Hökumət əks-aksiya təşkil etdi - Pezeşkian da qatıldı

Bu gün İran Prezidenti Məsud Pezeşkian ölkəboyu davam edən etirazlara qarşı hakimiyyətin təşkil etdiyi "milli müqavimət" yürüşündə iştirak edib.

Gunaz.tv

Aksiya İran hakimiyyəti tərəfindən etirazlara cavab olaraq keçirilib və dövlət qurumlarının dəstəyi ilə təşkil olunub.

Hökumətyönlü media Pezeşkianın yürüşdə iştirakını geniş şəkildə işıqlandırıb.

Bildirilib ki, İran prezidenti “sionist rejimin və Amerikanın terror aktlarına qarşı” təşkil edilən yürüşə qatılıb.

Bununla hakimiyyət etirazları xarici qüvvələrlə əlaqələndirməyə çalışıb.

Qeyd edək ki, Pezeşkian daha əvvəl İran xalqını "milli müqavimət yürüşü"nə dəvət etmişdi.

Xatərladaq ki, ötən il dekabrın 28-dən İranda başlayan etiraz aksiyalarında yüzlərlə insan öldürülüb, 10 mindən çox etirazçı həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar