SON XƏBƏRLƏR

Xameneinin müşaviri Amerikaya xəbərdarlıq edib

2026.01.14, 18:54
Xameneinin müşaviri Amerikaya xəbərdarlıq edib

İranın Ali Lideri Əli Xameneinin müşaviri Əli Şamxani İranın Qətərdəki Amerika bazasına keçmişdə etdiyi raket hücumuna istinad edərək istənilən hücuma cavab verəcəyi barədə xəbərdarlıq edib.

Gunaz.tv

O bu barədə X hesabında paylaşım edib.

"İranın nüvə mərkəzlərinə qarşı faydasız təcavüzü dəfələrlə qeyd edən Amerika prezidenti, Amerikanın Əl-Udeyd bazasının İran raketləri tərəfindən darmadağın edilməsindən də bəhs etsə, daha yaxşı olar." - deyə o bildirib.

Qeyd edək ki, iyun ayında Amerika İranın nüvə obyektlərini məhv etdikdən sonra İran Amerikanın Qətərdəki Əl-Udeyd hərbi bazasına zərbələr endirmişdi. Hücum nəticəsində bazaya demək olar ki, heç bir ziyan dəyməmişdi.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar