SON XƏBƏRLƏR

Zahidanda təhlükəsizlik tədbirləri gücləndirilib

2026.01.16, 13:59
Zahidanda təhlükəsizlik tədbirləri gücləndirilib

İranın Sistan və Bəlucistan əyalətində, xüsusən əyalət mərkəzi Zahidan şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Gunaz.tv

Bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, əyalət mərkəzinə və şəhərin mərkəzi küçələrinə, o cümlədən sünnilərin Məkki məscidi ətrafına çox sayda hərbi texnika və təhlükəsizlik qüvvələri cəlb edilib.

Tədbirlərin bu gün Məkki məscidində keçiriləcək cümə namazı ilə əlaqəli olduğu bildirilir.

Qeyd edək ki,son bir neçə gün ərzində Sistan və Bəlucistanın 3 şəhərində yüzlərlə etirazçı və süni bəluc fəal həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar