SON XƏBƏRLƏR

İraqdan İrana 5 min proksi qüvvə keçib

2026.01.16, 16:09
İraqdan İrana 5 min proksi qüvvə keçib

Son həftələrdə İraqda olan İrana bağlı proksi qüvvələr İrandakı etiraz aksiyalarını yatırmaqda kömək etmək üçün İrana daxil olublar.

Gunaz.tv

Bu haqda CNN Avropa hərbi mənbəyinə və İraq təhlükəsizlik mənbəyinə istinadən xəbər verib.

Məlumata görə, İraq təhlükəsizlik mənbəyi təxminən 5000 İrana bağlı iraqlının Meysan əyalətindəki Şib keçid məntəqəsi və Vasit əyalətindəki Zərbatiyyə sərhəd keçid məntəqəsi vasitəsilə İrana daxil olduğunu bildirib.

Avropa hərbi mənbəyi CNN-ə həmçinin bildirib ki, Diyalə, Meysan və Bəsrə əyalətlərindən 800 proksi qüvvə dini ziyarət adı altında etiraz aksiyalarını yatırmaq üçün İrana keçibb

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar