SON XƏBƏRLƏR

Tehran Prokurorluğu etirazçıların əmlakını müsadirəsinə göstəriş verib

2026.01.20, 12:23
Tehran Prokurorluğu etirazçıların əmlakını müsadirəsinə göstəriş verib

İran Baş Prokurorluğu etirazçılara qarşı əlavə cəza tədbirləri tətbiq etməyə başlayıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Tehran Prokurorluq etiraz aksiyalarına dəstək verən 15 sənətçi və idmançının əmlaklarının hökumətn xeyrinə müsadirə olunması barədə qərar çıxarıb.

Bundan bir neçə gün əvvəl isə tanınmış iş adamı, İranda kafe, restoran və şirniyyaevləri şəbəkəsinin sahibi Məhəmməd Saidiniyanın bütün əmlakı müsadirə olunub.

O, etirazçılara dəstək paylaşımı etdiyinə görə cəzalandırılıb.

Qeyd edək ki, bu, İran hökumətinin inqilabın ilk illərində də tətbiq etdiyi cəzalandırma və gəlir əldə etmək növüdür.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar